“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq 30 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib. Təlimdə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak ediblər.
Təlim zamanı gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, təlim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.