Dövlət İmtahan Mərkəzi tərəfindən 13 dekabr 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00-da təşkil olunacaq.
AB və BA vəzifə qruplarına uyğun imtahan elektron formada, AC və BB vəzifə qruplarına uyğun imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 12 noyabr saat 10:00-dan 30 noyabr saat 23:59-dək aparılacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" platformasına daxil olaraq müvafiq xidməti seçməklə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.