17 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edilib. Təlimdə Energetika Nazirliyinin əməkdaşları iştirak edib.
Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də korrupsiya ilə mübarizə qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.Təlimin sonunda korrupsiyaya qarşı mübarizə mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.