13 oktyabr 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna təqdim edilməsi üçün dövlət qulluqçularının dövlət qulluğunda qulluq stajı barədə hazırlanan arayışlar Dövlət İmtahan Mərkəzinin vəzifəli şəxsi tərəfindən elektron imza ilə təsdiqlənir.
Artıq dövlət qulluqçuları müvafiq arayışı Mərkəzin binasına gəlmədən “Şəxsi kabinet” üzərindən elektron formada əldə edə bilərlər. Həmçinin arayışın daha sonra notarial qaydada təsdiq etdirilməsinə ehtiyac yoxdur.
Elektron arayışların həqiqiliyini üzərində olan “QR” kod vasitəsilə yoxlamaq mümkündür.