26-27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Zinyət Əmirova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Dövlət qulluğunda səriştə modelinin tətbiqi” mövzusunda təlim keçirilib.
Təlim zamanı səriştə və səriştə modeli nədir, səriştə modelinin dövlət qulluğunda tətbiqinin əhəmiyyəti və çətinlikləri, yeni səriştə modelinin klasterləri, liderlik klasteri, nəticə yönümlülük klasteri, başqaları ilə iş klasteri, vətəndaşlara xidmət klasteri, ümumi səriştələrin qiymətləndirilməsi üzrə alətlər, situasiya mühakimə testləri, tarixi və statistik göstəricilər, yazılı və video formatlı smt-lərlə qrup işi, səriştə əsaslı müsahibələr (star metodu), səriştə əsaslı müsahibələrə dair qrup işi, 360 dərəcə qiymətləndirməyə dair məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, səriştə modeli barədə müzakirələr edilib.