• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət qulluğunun A və B növünə aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      05.09.2023 23:04

      6 sentyabr 2023-cü il tarixindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 45 dövlət orqanında 222 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

      Müsabiqənin müsahibə mərhələsinə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Turizm Agentliyi (45 vəzifə) və Şəki Apellyasiya Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. 

      Ümumilikdə, müsahibəyə çıxarılmış 222 vakant inzibati vəzifənin 4-ü AB, 1-i AC, 55-i BA, 162-si isə BB vəzifə qrupuna aiddir.

      Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

      Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

      Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

      Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

      Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2023-cü il tarixindən  5 oktyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

      Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

      Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

      Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

      Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

      Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

      Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

      Eyni zamanda bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

      Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında olmaqla aşağıdakı kimi müəyyən edilmişdir:

       

       

      №

      Xidmətlərin adı

       

      Ölçü vahidi

      Tariflər (manat)

      Müsabiqənin test mərhələsi

      Müsabiqənin müsahibə mərhələsi

        1

      A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə

      1.1.

      AB qrupu üzrə

      1 iştirak üçün

                          118

                               59

      11.2.

      AC qrupu üzrə

      1 iştirak üçün

                          106

                               53

        2

      B növü - inzibati icraçı vəzifələr üzrə

      2.1.

      BA qrupu üzrə

      1 iştirak üçün

                           94

                               47

      2.2.

      BB qrupu üzrə

      1 iştirak üçün

                           82

                               41

       

      Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

      Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

      Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

      Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

       

       

       


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram