1 dekabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib. Təlimdə Energetika Nazirliyinin əməkdaşları iştirak edib.
Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, həmin qaydada yer alan prosedurlar və düsturlar, qiymətləndirmə prosesinin planlaşdırılması və həyata keçirilməsi barədə məlumat verilib. Həmçinin qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilməli tədbirlər və edilən səhvlər barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin müəyyən edilməsi, tələb olunan bilik və bacarıqlarla bağlı praktiki tapşırıqlar da yerinə yetirilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.