Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti, Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsində aparıcı məsləhətçi (təlimçi) vəzifəsi üzrə vakansiya elan edilir.
Qulluq funksiyaları:
- Mərkəzin icraçı qurum olaraq müəyyən edildiyi dövlət proqramlarından irəli gələn təlim, maarifləndirmə tədbirləri və seminarların təşkili;
- Şöbəyə daxil olmuş təqdimatlar əsasında təlim və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
- Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrində dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı görüşlərin təşkili;
- Müxtəlif mövzularda təlimlərin keçirilməsi və təlim modullarının hazırlanması;
- Müqavilə əsasında Mərkəz tərəfindən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına təlimlərin təşkili;
- Mərkəzin icraçı qurum olaraq müəyyən edildiyi dövlət proqramlarından irəli gələn tədbirlərlə bağlı hesabatların hazırlanması;
- Təlimlər və dövlət qulluğunun təbliği ilə bağlı maarifləndirmə tədbirlərinə dair press-relizlərin hazırlanması və bu məlumatların Mərkəzin və aidiyyəti dövlət orqanlarının internet portallarında yerləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
- Müxtəlif qurumlar tərəfindən təşkil edilən karyera sərgilərində iştirak;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik məlumatların və metodiki vəsaitlərin hazırlanması;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi və yeniliklərin tətbiqi məqsədilə təkliflər hazırlanması;
- Qəbul olunmuş dövlət proqramları çərçivəsində dövlət qulluğu sahəsində həvalə edilmiş digər tapşırıqların icrası;
- Şöbənin fəaliyyəti ilə bağlı iş planlarının və hesabatların hazırlanmasında iştirak;
- İcraatına daxil olan yazılı, şifahi və elektron müraciətlərə baxılması və qanunvericiliyə uyğun olaraq cavablandırılması;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.
Tələblər:
- Təhsil: İqtisadiyyat və idarəetmə, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
- İş stajı: Vəzifənin fəaliyyət istiqamətləri üzrə minimum 2 il iş təcrübəsi
- Kompüter bilikləri: Windows ƏS, MS Office proqramları və internet resurslarından yüksək səviyyədə istifadə bacarığı
- Xarici dil bilikləri: İngilis dili – B2, Rus dili – B1
- Dövlət qulluğu ilə bağlı sertifikatın mövcud olması
Müsahibə proqramı:
- "Azərbaycan Respublikasının Konstitusiyası"
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu
- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu
- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu
- "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"
- “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”
- “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”
- “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
Müraciət qaydası:
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsi, aparıcı məsləhətçi” qeyd etməklə 30 iyun 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.