Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək.
Şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
- imtahana buraxılış vәrәqәsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.