Dövlət İmtahan Mərkəzinin E-imtahanlar və müsahibələrin təşkili departamenti Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Qulluq funksiyaları:
- Kliyent-server texnologiyalarından istifadə etməklə yaradılmış sistemlərlə Mərkəzin test zallarında müxtəlif növ imtahan və testlərin proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi layihələrində iştirak və ya aparılması;
- Verilənlər bazası (MS SQL Server və ya mySQL) ilə işləmək bacarığı (verilənlər bazası dizaynı, SQL sorğuları, stored procedures, views, triggers və s.);
- SQL sorğularının, indekslərinin və verilənlər bazası strukturunun optimallaşdırılması;
- Məlumatların ehtiyat nüsxəsinin və bərpasının idarə edilməsi;
- DBMS-də istifadəçi hərəkətlərinin auditinə nəzarət edilməsi;
- Müxtəlif növ proqram təminatlarının və API-lərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- Dövlət qulluğu üzrə əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi;
- Test zallarında olan İKT avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edilməsi və dayanıqlı fəaliyyətin həyata keçirilməsi;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Təhsil: Ali təhsil (Kompüter elmləri, informasiya texnologiyaları və digər texniki istiqamət üzrə ixtisaslar);
- İş stajı: Vəzifənin qulluq funksiyalarına uyğun ən azı 3 il iş stajı
- Kompüter bilikləri: Proqram təminatının tərtibi və istismarı (C#, C++, Python, Jscript, PowerShell dillərindən birini), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdırılması və istifadəsi (MS SQL Server, MySQL sistemlərindən birini)
- Xarici dil bilikləri: Rus dili – B1; İngilis dili – B1
- Xüsusi tələblər: Analitik və problem həll etmə bacarığı, yaradıcı yanaşma, güclü kommunikasiya, komanda və fərdi işləmə qabiliyyəti, çoxsaylı tapşırıqları idarəetmə bacarığı, Git və ya digər versiya idarəetmə sistemlərində təcrübə.