24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Audiovizual Şurasının əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Effektiv nəticələrin əldə edilməsi və çeviklik” mövzusunda təlim keçirilib.
Təlim zamanı effektivlik, nəticələrin effektiv əldə edilməsində çeviklik, çevikliyin növləri, çevikliyin effektiv nəticələr əldə edilməsində təsirinə dair məlumat verilib.Təlim müddətində əsas səriştələrdən biri hesab edilən kommunikasiyaya dair test tapşırıqları, emosional zəkanı təsvir edən videoçarxlar təqdim olunaraq təlimin daha interaktiv keçməsinə imkan yaradılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.