Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Azərbaycan dili, ingilis dili, rus dili, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının təqdimatı olub.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Növbəti həftə məşğələlər davam etdiriləcək.
Kimya, fizika, tarix fənlərindən kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.