Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Azərbaycan dili, ingilis dili, rus dili və coğrafiya fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının təqdimatı olub.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Rus dili, coğrafiya və riyaziyyat fənlərindən kurs iştirakçıları həm də kalibrləmə prosesində iştirak ediblər.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.
İngilis dili və Azərbaycan dili fənləri üzrə məşğələlər növbəti həftə davam etdiriləcək.