16 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə qiymətləndirmə tapşırıqlarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kursunun ilk məşğələsi keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursu Bakı şəhərindən olan iştirakçılar üçün əyani, regionlardan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.
Moderator – Əlövsət Rəcəbli fizika fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.