• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Fövqəladə Hallar Nazirliyinin Akademiyasına əyani və qiyabi təhsil üzrə tələbə qəbulu qaydaları

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Sənədlər 2024-cü il aprelin 15-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qəbul edilir

      04.03.2024 01:55

      Əyani təhsil:

      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-ci tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 15.09.2024-cü ilədək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2024-cü ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

      Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilir, fiziki hazırlıq səviyyəsinin xidmət üçün müəyyən edilmiş minimumlara uyğunluğu yoxlanılır və FHN-nin Seçmə komissiyasında fərdi söhbət aparılmaqla sınaqdan keçirilirlər.

      Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçmiş abituriyentlərin siyahısı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizəd olaraq qeydə alınması üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

      Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

      Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.

      Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

      Akademiyada təhsil müddəti 4 ildir.

      Tədris Azərbaycan dilində aparılır.

      Akademiyanın məzunlarına müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi verilir. Onlar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə və ''Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında'' Azərbaycan Respublikasının Qanununa uyğun qaydada rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.

      Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

      • tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);

      • şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;      

      • hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

      • tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;

      • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;

      • yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);

      • xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən və QİÇS haqqında arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında qısa epikriz;

      • 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).

      Qiyabi təhsil:

      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-ci tədris ili üçün qiyabi təhsil üzrə qəbula namizədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tam orta təhsilli, 15.09.2024-cü ilədək 35 yaşı tamam olmayan əməkdaşları sırasından seçilir.

      Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin Seçmə komissiyasında fərdi söhbət aparılmaqla sınaqdan keçməlidirlər.

      Sınaqdan müvəffəqiyyətlə keçmiş abituriyentlərin siyahısı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizəd olaraq qeydə alınması üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

      Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

      Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.

      Akademiyada təhsil müddəti 5 ildir.

      Təhsilalma forması ödənişli əsaslarla qiyabidir. İllik təhsil haqqının məbləği 2100 AZN-dir.

      Tədris Azərbaycan dilində aparılır.

      Akademiyanın məzunlarına müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi verilir.

      Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

      • tərcümeyi-hal (namizədin şəxsən özü tərəfindən yazılmış);

      • şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;     

      • iş yerindən xasiyyətnamə;

      • xidmət siyahısından və ya əmək kitabçasından təsdiq edilmiş çıxarış;

      • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

      • 4 ədəd 6x4 sm ölçüdə, 2 ədəd 9x12 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, kitel geyim formasında). 

      Sənədlər 2024-cü il aprelin 15-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcəkdir.

      Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram