Hazırlıq kurslarında müvafiq fənn kurikulumunun mahiyyəti, strukturu, buraxılış və qəbul imtahanlarında yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilmiş, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya, mənbə, mətn tapşırıqlarının və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar dinlənilib. Kurs iştirakçılarının hazırladığı ev tapşırıqları müzakirə edilib və sonda kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər.
Bakı şəhərində keçirilən kurslarda 118 nəfər iştirak edib. Yaxın vaxtlarda müdavimlərə kursu bitirmələri haqqında sertifikatlar təqdim ediləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.