• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış və ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      09.02.2023 01:42

      “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 9 fevral 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib.

      Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar, həmçinin Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.

      Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin, həmçinin Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan H.Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. O, iqtisadiyyatın da, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayardı. M.Abbaszadə Dövlət İmtahan Mərkəzi və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək məqsədi daşıdığını, xüsusilə öz üzərində müstəqil çalışmaq istəyənlər üçün əvəzsiz mənbə olduğunu deyib. Sədr vəsaitin hazırlanmasında və nəşrində iştirak etmiş bütün müəlliflərə, yaradıcı və texniki heyət üzvlərinə, “LANDAU School”un rəhbərliyinə və DİM əməkdaşlarına, bir sözlə, bu işdə zəhmət çəkmiş hər kəsə dərin təşəkkürünü bildirib, onun ulu öndərimizin adına layiq bir nəşr, 100 illik yubileyə dəyərli bir töhfə olacağını düşündüyünü qeyd edib.

      Tədbirdə çıxış edən Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri barədə bəhs edib. İ.Niftəliyev Heydər Əliyevin tarix elmi və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını qeyd edib. O, həmçinin bildirib ki, H.Əliyev Azərbaycan tarixinin gözəl bilicisi idi. H.Əliyev həm bir tarixçi, həm də dövlət xadimi olaraq milli tariximizə yeni baxış konsepsiyasını təqdim etdi.

      Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov öz çıxışında Heydər Əliyevin Azərbaycan müəlliminə verdiyi qiymət, gəncliyin hərtərəfli inkişafı üçün atılan addımları qeyd etdi və bu cür əhatəli vəsaitlərin yazılmasını təqdir etdi.

      Daha sonra tədbirdə vəsaitin həmmüəllifləri çıxış ediblər. Dövlət İmtahan Mərkəzinin Tarix fənni üzrə işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəsaitin “Ümumi tarix”, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev “Azərbaycan tarixi” bölməsi haqqında danışıblar. Vəsait haqqında ümumi məlumat verən Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov isə onun tədris proqramı və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fənn kurikulumunun tələblərinə tam uyğunluğunu qeyd edib, kitabda olan müstəqil qiymətləndirmə tapşırıqlarının əhəmiyyətindən danışıb.

      Tədbirə dəvət olunan Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva isə öz çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb və onun zəngin həyat yolu haqqında məlumat verib.

      Xatırladaq ki, görüşdə həmçinin Dövlət İmtahan Mərkəzinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları və DİM-in “YAŞAT” fondu ilə əməkdaşlığı çərçivəsində təhsilini ali məktəblərdə davam etdirmək istəyən və ödənişsiz əsaslarla hazırlıq kursuna cəlb edilən bir qrup qazi də iştirak edib.



      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram