Struktur bölmə: İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamenti, Vətəndaş müraciətlərinə baxılması və kargüzarlıq sektoru
Vəzifənin adı: mütəxəssis - çağrı mərkəzi
Əmək haqqı: 1000 (min) manat
Əmək müqaviləsinin müddəti: 2 (iki) il
Qulluq funksiyaları:
- Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması
- Çağrı mərkəzinə daxil olan müraciətlərin qeydə alınması və icra üçün yönləndirilməsi.
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.
Xarici dil biliklərinə dair tələblər: Rus dili
Bilik və bacarıqlar:
- Azərbaycan dilində səlis, mədəni danışmaq, oxumaq və yazmaq bacarığı;
- Gərgin rejimdə işləmək bacarığı;
- Operativlik;
- Yeniliklərə uyğunlaşmaq;
- Stresədavamlılıq;
- Yazılı və şifahi ünsiyyətqurma bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər ”Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "mütəxəssis - çağrı mərkəzi " qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 10 iyul 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.