2025/2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərini təqdim edirik.
Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil müəssisələrinə qəbul
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
61 |
Məşqçilik (idman növləri üzrə) |
70 bal |
62 |
Ümumi fiziki hazırlıq Kütləvi sağlamlaşdırıcı idman Adaptiv bədən tərbiyəsi |
80 bal |
63 |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi |
80 bal |
Tam orta təhsil səviyyəsi üzrə kollecə qəbul
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
6401 |
Fiziki tərbiyə müəllimliyi |
50 bal |
Ümumi orta təhsil səviyyəsi üzrə kollecə qəbul
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
152 |
Fiziki tərbiyə müəllimliyi |
50 bal |
Qeyd: Müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflı məlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının İdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edə biləcəksiniz.