İdman istiqaməti məşqçilik (Şahmat) ixtisası üzrə II mərhələ imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
DİM tərəfindən 27 iyul 2025-ci il tarixində Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçiriləcək.
İmtahan saat 10:00-da DİM-in Elektron İmtahanlar Korpusunda təşkil olunacaq. Abituriyentlərə ilk 30 dəqiqə ərzində şahmat nəzəriyyəsi və tarixi ilə bağlı 20 test tapşırığı təqdim olunacaq. İmtahanın növbəti 1 saatında abituriyentlər çətinlik şkalası 1700 xal olan kompüterlə 2 oyun oynayacaqlar.
Qeyd edək ki, şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanının I mərhələsində məqbulqiymət alan 83 abituriyent imtahanın II mərhələsində iştirak hüququ qazanıb.