3 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun məsləhətçisi Gülü Həsənova tərəfindən “İmtahan stresi” mövzusunda vebinar keçirilib.
Vebinar zamanı stresin təsviri, növləri, stresə səbəb olan faktorlar və imtahan həyəcanı ilə mübarizə yolları haqqında məlumat verilib. Vebinar zamanı iştirakçıların sualları cavablandırılıb və tövsiyələr verilib.
Nəzərinizə çatdırmaq istərdik ki, “İmtahan stresi” e-psixoloq.az platformasının yeddinci vebinarıdır. Geri bildirimlər və müraciətlər əsasında 10 mart 2023-cü il tarixində təkrar olaraq “İmtahan stresi” mövzusunda vebinarın keçirilməsi planlaşdırılır.
Bir daha vurğulamaq istərdik ki, vebinara yazıldığınız zaman qeyd etdiyiniz məlumatların, xüsusilə imeyl ünvanının, düzgünlüyünə əmin olun.
Vebinarlar “Zoom” platforması vasitəsilə keçirilir və e_psixoloq.az saytının “Instagram” səhifəsindən canlı yayımlanır
Vebinarlar haqqında məlumat almaq istəyən şəxslər aşağıda qeyd olunan əlaqə vasitəlirnə müraciət edə bilərlər:
– e-psixoloq.az (sayt)
– @e_psixoloq.az (instaqram)
– @epsixoloqaz (feysbuk)
– +994552007041 (vatsap nömrəsi)