10 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun məsləhətçisi Gülü Həsənova tərəfindən “İmtahan stresi” mövzusunda vebinar keçirilib.
Vebinar zamanı stresin təsviri, növləri, stresə səbəb olan faktorlar və imtahan həyəcanı ilə mübarizə yolları haqqında məlumat verilib. Vebinar zamanı iştirakçıların sualları cavablandırılıb və tövsiyələr verilib.
Vebinarlar haqqında məlumat almaq istəyən şəxslər aşağıda qeyd olunan mənbələrə müraciət edə bilərlər:
– e-psixoloq.az (sayt)
– @e_psixoloq.az (instaqram)
– @epsixoloqaz (feysbuk)
– +994552007041 (votsap nömrəsi)
Vebinarlar “Zoom” platforması vasitəsilə keçirilir və e_psixoloq.az saytının “Instagram” səhifəsindən canlı yayımlanır.