Vəsaitə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
Qeyd edək ki, 4-cü sinif üzrə ingilis dili kitabında dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri də verilib və DİM-in saytında müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/).
Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
- Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.