12 iyun 2024-cü ilin tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda Energetika Nazirliyinin əməkdaşları üçün 2 saatlıq təlim təşkil edilib.
Təlim zamanı iştirakçılara işçilər arası münasibətlərin idarə olunması, işçi münasibətlərində effektivlik və səmərəliliyin təmin olunması, eləcə də işçinin inkişaf səviyyəsi ilə əlaqədar nəzəri və praktiki biliklər öyrədilib, onlara bu sahədə konkret təcrübələr və nümunələr göstərilib. Eyni zamanda, təlim ərzində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, bir sıra sorğularla müzakirələrə yer ayrılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.