Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
50-dən çox bölgədə Rayon Təhsil Sektorları və bəzi məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 12 – 19 avqust tarixlərində aparılacaq.