2023-cü ilin 12 iyul tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Kadrların seçilməsi” mövzusunda təlimlər təşkil edilib. Təlimlərdə ümumilikdə Gənclər və İdman Nazirliyinin 32 əməkdaşı iştirak edib .
Təlim zamanı iştirakçılar HR anlayışı, talantların idarə edilməsi, kadrların seçilməsi və fəaliyyətin qiymətləndirilməsi mövzularında nəzəri və praktiki biliklər qazanıblar. Bununla yanaşı, HR sahəsində yeni trendlərlə bağlı müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.