Dövlət İmtahan Mərkəzi tərəfindən 6 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda distant formada təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, vəzifə təhlilində düzgün meyar müəyyənləşdirməyin əhəmiyyəti, kompetensiya, davranış göstəricisi və müsahibə sualı arasındakı əlaqə, strukturlaşdırılmış müsahibə, müsahibə zamanı STAR və probing metodlarının tətbiqi, AI-nin kadr seçimində imkan və riskləri və obyektiv seçim kriteriyalarının tətbiqi barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.