18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində “Kadrların seçilməsi və karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil olunub.
Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən karyera ilə əlaqədar nəzəri və praktiki biliklər, kadr və "HR" anlayışı, səriştələr, təşkilati mədəniyyət mövzuları, eləcə də talantların idarə olunması barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, əməkdaşlarla bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaş müraciətləri əsasında Mərkəz tərəfindən bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.