Dövlət İmtahan Mərkəzi tərəfindən 12 noyabr 2026-cı il tarixində Dövlət Turizm Agentliyinin əməkdaşları üçün "Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri" mövzusunda distant formada təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin böyük məsləhətçisi Nailə Abdullayeva tərəfindən iştirakçılar sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.