16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Audiovizual Şurasının əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Karyeranın planlaşdırılması” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara karyera planı nədir və onun əhəmiyyəti, düzgün karyera məqsədlərinin müəyyən edilməsi metodları, karyera yol xəritəsinin tərtibi, iş həyatında qarşılaşacağımız on dörd problemli insan tipi və onlarla mübarizə yolları, karyera mərhələləri, özünü inkişaf metodları, SWOT və SCOT analizinin aparılması qaydalarına dair məlumat verilib. Sonda isə iştirakçıların sualları cavablandırılıb, karyera strategiyaları müzakirə olunub.