3 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Nərmin Xəlilova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Komanda resurslarından optimal istifadə və istedadların idarəedilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar öz potensialından səmərəli istifadə etmək, zəif və güclü tərəflərini müəyyən edərək komanda şəklində daha effektiv nəticələr əldə edə bilmək barədə məlumat əldə ediblər. İştirakçılara komandanın formalaşmasında "Tukman" modeli haqqında, komandanın əsas prinsipləri ilə bağlı geniş məlumatlar verilib. Həmçinin iş dəyərləri, əks-əlaqə mədəniyyəti, aktiv dinləmə ilə bağlı nəzəri və praktiki tapşırıqlar komanda və fərdi şəkildə verilərək, nəticələr müzakirə edilib. Təlimdə istedadların idarəedilməsi və istedadları müəyyən edən ölçmə metodları, Smart modeli, SWOT analizi, komanda rollarının əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, komanda işi haqqında maraqlı faktlar, komandanın qrupdan fərqi və iştirakçılar üçün komandanın yaratdığı asossasiyalar haqqında qısa praktik tapşırıq təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.