Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 4 - 5 dekabr 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı şəhərində yerləşən mərkəzi icra hakimiyyəti orqanlarında mentorluq və kuratorluq fəaliyyətini həyata keçirən dövlət qulluqçları üçün “Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara yeni kadrların hazırlanması, təcrübə bölgüsü və davamçıların yetişdirilməsi mövzularında nəzəri və praktiki bilgilər təqdim olunub.