25-27 dekabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Layihələrin idarəedilməsi” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib.
Təlimdə iştirakçılara layihə anlayışı, maraqlı tərəflər, layihələrin idarə edilməsi prinsipləri, eləcə də layihə mühiti ilə bağlı mühüm məsələlər izah olunub. Layihələrin idarə edilməsi və biznes analiz arasındakı əlaqə, layihələrdə insan faktoru və komandanın rolu, mühüm layihə sənədləri barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, təlimçi tərəfindən təlimdə toxunulan məsələlərlə bağlı qrup işi və rol oyunları təşkil olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilib.