Dövlət İmtahan Mərkəzi tərəfindən 5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 16 əməkdaşı üçün “Liderlik və idarəetmənin əsasları “ mövzusunda təlim keçirilib.
Təlimin birinci günü DİM-in əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi və s. məsələlər barədə məlumat verib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.