Dövlət İmtahan Mərkəzi tərəfindən 29 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 14 nəfər əməkdaşı üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.