68, 69, 70 nömrəli proqramlara aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlar “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Bakalavrlar qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Musiqi sənəti istiqaməti istiqaməti (68) üzrə qabiliyyət imtahanı 15 iyul, Təsviri sənət istiqaməti (70) üzrə imtahan isə 17 iyul, Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti (69) üzrə imtahan isə 19 iyul tarixində keçirilməsi nəzərdə tutulur.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.