Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqədən qeydiyyatdan keçən namizədlər “İmtahana buraxşılış vərəqəsi”ni çap edə bilərlər.
Test imtahanı avqustun 8-də təşkil olunacaq.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Namizədlər müvafiq keçidlərə daxil olmaqla müsabiqə barədə ətraflı məlumat, ixtisas tələbləri, test proqramları (müəllimlər üçün, direktor və direktor müavinləri üçün) ilə tanış ola bilərlər.