• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqə elan edilir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      29.09.2025 16:28

      Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin xüsusi müsabiqəsi ilə bağlı ümumi məlumat

      Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

      Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyası keçirilmişdir.

      Keçirilmiş attestasiya prosesi 4000 nəfərə yaxın müəllimi əhatə etmiş, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqavilələrinə xitam verilmişdir. Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə etmişdilər.

      Onlayn qeydiyyat

      Xüsusi müsabiqəyə buraxılmış namizədlərin siyahısı Mədəniyyət Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir. Namizədlər 1 – 17 oktyabr 2025-ci il tarixlərində DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman kabinetin pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

      Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

      Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin xüsusi müsabiqəsinin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

      Qeydiyyatdan keçmiş namizədlər imtahanda iştirak etmək üçün 21 – 25 oktyabr tarixlərində DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə  “İmtahana buraxılış vərəqi”ni çap edərək götürməli və imtahan binasına gələrkən şəxsiyyəti təsdiq edən sənədlə birlikdə özləri ilə gətirməlidirlər.

      Musiqi ixtisasları üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test kitabçaları onların ixtisaslarından asılı olaraq  klassik və milli musiqi üzrə differensiallaşdırılmış şəkildə hazırlanaraq namizədlərə təqdim olunacaq.

      Test imtahanı mərhələsi üzrə proqramlar

      Cədvəl 1: İmtahana qeydiyyat və imtahanın keçirilmə tarixi

       

      Qeydiyyatın başlama tarixi

      Qeydiyyatın bitmə tarixi

      İmtahan tarixi

      İmtahan

      1 oktyabr 2025-ci il

      17 oktyabr 2025-ci il

      26 oktyabr 2025-ci il


      İmtahanın keçirilməsi

      1. Müəllimlərin xüsusi müsabiqə imtahanında namizədlərin aşağıdakı sahələr üzrə bilik və bacarıqları qiymətləndiriləcək:

      İxtisas üzrə biliklər (müvafiq olaraq musiqi (klassik və ya milli)/ təsviri sənət)

      Pedaqogika və pedaqoji psixologiya

      Məntiq

      Ümumi dünyagörüşü

      İmtahanda namizədlərə yalnız qapalı tipli tapşırıqlar təqdim olunacaq. Test imtahanında namizədlərə ixtisas bilikləri üzrə 40 sual, pedaqogika üzrə 10 sual, məntiq üzrə 10 sual, ümumi dünyagörüşü üzrə 10 sual olmaqla 70 sual təqdim edilir. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

      Ümumilikdə imtahan prosesi 2 saat davam edəcək.

      Xüsusi müsabiqə imtahanı 26 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.  İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

      İmtahan nəticələri növbəti mərhələnin keçirilməsi üçün Mədəniyyət Nazirliyinə təqdim ediləcək.

      Cədvəl 2: İmtahanın strukturu

      İmtahan mövzuları

      Sual sayı

      1. Namizədin ixtisasından asılı olaraq

      40

      Musiqi

      Təsviri sənət

      2. Pedaqogika və pedaqoji psixologiya

      10

      3. Məntiqi təfəkkürün yoxlanılması

      10

      4. Ümumi dünyagörüşü

      10

           

      Test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.

      İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər istisna olmaqla).

      Bakı şəhərinin məktəbləri üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə məktəblərə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilir.

      Test imtahanı mərhələsinin nəticələri müvafiq arayışla rəsmiləşdirilir.

      Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.

      Cədvəl 3: Keçid balı

       

      Keçid balı

      Faiz

      Bal

      Bakı şəhərində yerləşən məktəblər üzrə

      70

      49

      Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə

      60

      42

      Digər məktəb və mərkəzlər üzrə

      50

      35


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram