30 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Nərmin Xəlilova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün "Məhsuldarlığın təmin olunmasında kommunikasiyanın rolu" mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar kommunikasiyanın tərəfləri və prosesin elementləri mesaj, kanal, geri əlaqə və anlaşmaya mane olan amillər üzrə geniş bilik və bacarıqlar əldə ediblər. Həmçinin, iş yerində toksik kommunikasiya bölməsində onun sözlü və sözsüz formaları, yaranma səbəbləri, tanınma əlamətləri və nəticələri, ünsiyyətdə yol verilməməli davranışlar haqqında müzakirələr edilib. Daha sonra dinləyici tiplərinin tanınması, aktiv dinləmə bacarığının tətbiqi, konstruktiv rəy vermə və rəyi qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müxtəlif tapşırıqlar təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.