28 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən “Məhsuldarlığın təmin olunmasında rəhbər-işçi münasibətlərinin rolu” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib. Təlim zamanı idarəetmə üslubları, uğurlu rəhbərlik üslubunun məhsuldarlığa təsiri, komandada effektiv ünsiyyət, işçi-rəhbər münasibətlərində motivasiyanın rolu, rəhbər-işçi münasibətləri kontekstində səmərəli planlaşdırma metodları barədə iştirakçılara məlumat verilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb.