28 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun əməkdaşı Sevinc Məmmədova tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Məhsuldarlığın təmin olunmasında rəhbər-işçi münasibətlərinin rolu” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar rəhbər–işçi münasibətlərində qarşılıqlı etimadın formalaşdırılması, aydın məqsədlərin qoyulması, neytral və konstruktiv əks-əlaqənin verilməsi, stresi idarə etmə modelləri və gündəlik işdə psixoloji təhlükəsizliyin yaradılması üzrə geniş bilik və bacarıqlar əldə ediblər. Real iş təcrübəsinə uyğun seçilmiş nümunələr, müxtəlif tapşırıqlar təqdim olunub. Həmçinin, iş mühitində rəhbər–işçi əməkdaşlığını gücləndirmək, psixoloji təhlükəsizliyi artırmaq və məhsuldarlığa təsir edən əsas psixoloji mexanizmlər haqqında müzakirələr edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.