Ali təhsil müəssisələrinin V ixtisas qrupunun İdman istiqaməti üzrə 61-ci (məşqçilik) komissiyasının qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunmuş “İdman” adlı xüsusi buraxılışında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Bununla yanaşı, qiymətləndirmə qaydaları ilə bağlı abituriyentlərin (subbakalavrlar) nəzərinə çatdırılır ki, “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunmuş “İdman” adlı xüsusi buraxılışında karate idman növü üzrə qiymətləndirmə meyarlarında xalların cəmlənməsinə aşağıdakı kimi düzəliş edilib (səh 68).
Abituriyent bir texniki hərəkət üzrə maksimum 9 bal, dörd fəndin icrasına görə isə maksimum 36 bal toplaya bilər. Abituriyentin 4 normativ üzrə topladığı yekun xalın qəbul balına çevrilməsi aşağıdakı cədvələ əsasən hesablanır və qabiliyyət imtahanının yekun nəticəsi kimi nəzərə alınır.
|
Bal |
10 |
9 |
8 |
7 |
6 |
|
Xal |
36-34 |
33-31 |
30-28 |
27-25 |
24-22 |