• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan olunan müsabiqənin nəticələri müəyyən edilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      20.07.2023 05:24

      20 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində 22 iyul Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

      Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib. Sədr ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirib, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

      Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 27 mart – 30 iyun 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3 videoreportaj və 13 yazı olmaqla, ümumilikdə 16 material Mərkəzə təqdim olunub.

      Müsabiqə elan olunan zaman mükafatlandırma qaydasına görə I və II yer üzrə bir nəfər, III yer üzrə isə üç nəfərin qalib elan olması nəzərdə tutulsa da, müsabiqənin gedişində bir neçə videoreportajın təqdim olunması və onların yazı materialları ilə müqayisədə təbii üstünlüyü nəzərə alınaraq hər iki sahəyə aid materialların ayrıca (I, II, III yerlərin hər biri üzrə bir nəfər qalib olmaqla) mükafatlandırılması qərara alınıb. Beləliklə, nəticədə ümumilikdə 5 əvəzinə 6 nəfər qalib elan olunub.

      Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və müvafiq struktur bölmələrinin müdirləri tərəfindən aşağıdakı meyarlara əsasən 0-10 ballıq şkalada aparılıb və hər bir material üçün yekun qiymət çıxarılıb:

      -  materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsi;

      -  analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlili;

      -  faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyəti;

      -  ifadə vasitələrinin zənginliyi;

      -   oxucu üçün informasiyalılıq dərəcəsi;

      -  müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

      -  qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılması.

      Qiymətləndirmənin nəticələrinə əsasən, videomateriallar arasında

      • Real TV-nin əməkdaşı Əliyeva Könül 1-ci;

      https://www.youtube.com/watch?v=LVTZVtq1Pbg&ab_channel=REALTV
      • İctimai TV-nin əməkdaşı Fərəməzova Elmira 2-ci;

      https://www.youtube.com/watch?v=6hJrKson3ow&t=9s&ab_channel=%C4%B0CT%C4%B0MA%C4%B0TV
      • Aztv-nin əməkdaşı Əsədova Nigarın reportajı isə 3-cü yeri tutub.

      https://www.youtube.com/watch?v=8_qUu_vGT0I&ab_channel=AZTVX%C9%99b%C9%99r 

      Yazı materialları arasında isə

      • APA İnformasiya Agentliyinin müxbiri Nihat Piriyevin yazısı 1-ci;

      https://apa.az/az/sosial/dim-in-bunkeri-burada-telefon-isletmek-internete-girmek-siqaret-cekmek-hetta-xestelenmek-de-olmaz-reportaj-766367
      • Report İnformasiya Agentliyinin müxbiri Samirə Abdullayevanın yazısı 2-ci;

      https://report.az/elm-ve-tehsil-xeberleri/telefon-qadagandir-internet-yoxdur-mohurlu-pencerelere-toxunmaq-olmaz-dim-in-bunker-inden-reportaj/
      • Azərbaycan məktəbi jurnalının əməkdaşı Zenfira Əlibəyovanın yazısı isə 3-cü yeri tutub.

      https://525.az/news/227655-bunker-muellim-kimsen-sen

      Daha sonra Məleykə Abbaszadə qaliblərə hədiyyə və nəzərdə tutulan pul mükafatını (I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 500 manat) təqdim edib.

      Xatırladaq ki, Müsabiqə üçün yazı və ya videomaterialın hazırlanması məqsədilə DİM-in fəaliyyəti, o cümlədən qapalı iş rejimində (bunker) işin təşkili ilə yaxından tanış olmaq istəyən müəlliflərə müvafiq şərait yaradılıb. Bu gün qalib gələn televiziyaların, həmçinin APA və Report İnformasiya Agentliklərinin müxbirləri öz müraciətlərinə əsasən may ayında 3 gün müddətində real bunker şəraitində olublar və bütün prosesə canlı şahidlik ediblər. Bundan əlavə 5 yazı müəllifinə müraciəti əsasında mütəxəssis dəstəyi göstərilib.

      Dövlət İmtahan Mərkəzinin kollektivi adından qalibləri bir daha təbrik edir və müsabiqədə iştirak edən hər bir KİV nümayəndəsinə dərin təşəkkürümüzü bildiririk.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram