5 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşları üçün DİM-in Psixoloji iş və maarifləndirmə sektorunun əməkdaşı Gülü Əliyeva tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Münaqişələrin idarə edilməsi” mövzusunda distant təlim keçirilib.
Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar “keys”lər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda mütəmadi təlimlər təşkil edir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.