• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanına qeydiyyat elan edilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      18.04.2023 21:22

      Məlum olduğu kimi, bu ildən etibarən ali təhsil müəssisələrinin musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər nəzəriyyə fənlərindən test imtahanı verəcəklər. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə imtahanların kağız daşıyıcılar vasitəsilə, musiqi ədəbiyyatı fənni üzrə isə elektron qaydada keçirilməsi nəzərdə tutulub. İmtahanlarda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. 

      Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitində sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır.

      Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində (DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında) keçiriləcək. Qeydiyyat prosesi 19 aprel saat 10:00-dan 15 may saat 10:00-dək davam edəcək. İmtahanda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 20 AZN təşkil edir.

      Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

      Xatırladırıq ki, Musiqi ədəbiyyatı 18 (İnstrumental ifaçılıq- violin, fleyta, klarnet – BMA), 20 (instrumental ifaçılıq - fortepiano, orqan, klavesin – BMA), 21 (İnstrumental ifaçılıq - viola, truba, saksofon – BMA), 24 (Akademik vokal), 27, 75 (Dirijorluq), 29 (Bəstəkarlıq), 30 və 73-cü (Musiqişünaslıq) qabiliyyət imtahanı komissiyalarında imtahan fənlərindən biridir.

      Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanının isə 27 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulub. Bu imtahanlar üçün qeydiyyat tarixi yaxın vaxtlarda elan ediləcək.

      Nəzəriyyə imtahanlarının qiymətləndirməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır. Qeyd edək ki, qeydiyyatdan keçdiyi qabiliyyət imtahanı komissiyasına uyğun nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmayacaq. Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları yaxın vaxtlarda dərc ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi Qabiliyyət İmtahanları” jurnalının 1-ci nömrəsində veriləcək.

      Doğru cavablandırılan
      tapşırıqların sayı

       Qiymətləndirmə
       (balla)

       28-30

       10

       25-27

       9

       22-24

       8

       19-21

       7

       16-18

       6

       13-15

       5

       10-12

       4

       7-9

       3

       4-6

       2

       1-3

       1

       0

       0

      DİQQƏT! 

      Elektron sınaq imtahanından qeydiyyatdan keçmiş abituriyentlər 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) imtahanda iştirak edəcəklər. İmtahan saat 10:00-da başlanır. Abituriyent imtahanın başlanmasından ən az 1 saat öncədən imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram