Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilir. İmtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.
Qabiliyyət imtahanları hazırda DİM-in “Youtube” kanalında canlı yayımlanır. İştirakçıların imtahan nəticələri də çıxışlardan sonra birbaşa səhifədə yerləşdirilir.