4 noyabr 2025-ci il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak etmişdir.
Görüş zamanı növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub. Ali təhsil müəssisələri ilə görüşlər bitdikdən sonra ictimaiyyətə 2026/2027-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri haqqında ətraflı məlumat veriləcək.