27 oktyabr 2023-cü il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə növbəti seminarı keçirilib.
Seminarda Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti, həmçinin Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. İclasda 2023-2024-cü tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının nəticələrinin müzakirəsi aparılıb. Həmçinin növbəti tədris ili üçün keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib. Bakalavriat və magistratura səviyyələri üzrə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirmə meyarları üzrə yeni təkliflər verilib. Magistratura səviyyəsinə qəbul zamanı bakalavrların ixtisaslaşma seçimi imkanlarının genişləndirilməsi və bunun qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.