Musiqi sənəti istiqamətinin ali təhsil səviyyəsi üzrə 32 və 33-cü (Musiqi müəllimliyi), tam orta təhsil səviyyəsi üzrə 4101 (aşıq sənəti), 4301 (instrumental ifaçılıq), 4501 (vokal sənəti), 4801-ci (Populyar musiqi və caz ifaçılığı) qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalvrlar) buraxılış vərəqələrini buradan çap edə bilərlər.
Musiqi müəllimliyi ixtisası üzrə imtahanlar 16 iyul tarixində Bakı şəhəri, Bülbül adına orta ixtisas musiqi məktəbində, 16-17 iyul tarixlərində Gəncə şəhəri, Gəncə Dövlət Filarmoniyasında, 17 iyul tarixində Naxçıvan Dövlət Universiteti, Konservatoriya korpusunda keçiriləcək.
Tam orta təhsil pilləsinin 4101 (aşıq sənəti), 4301 (instrumental ifaçılıq), 4501 (vokal sənəti), 4801-ci (Populyar musiqi və caz ifaçılığı) qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanları 17 iyul tarixində Bakı şəhəri, Bülbül adına orta ixtisas musiqi məktəbində, 18 iyul tarixində Gəncə şəhəri, Gəncə Dövlət Filarmoniyasında, 18 iyul tarixində Naxçıvan Dövlət Universiteti, Konservatoriya korpusunda keçiriləcək.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
- Proqram forması.
Abituriyentləri müşayiət edəcək konsertmeysterlər bu linkə daxil olaraq qeydiyyatdan keçməli və buraxılış vərəqini çap etməlidir. Buraxılış vərəqəsi olmayan konsertmeysterlər imahan binasına buraxılmayacaq.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.