9 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən sənəd qəbulu aparılmış namizədlər 13 iyul saat 17:00-dan 25 avqust 23:59-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.
https://exidmet.dim.gov.az/elimt/VergiTest/VergiQeydList
Test imtahanının Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Namizədlər imtahana qeydiyyat səhifəsində istədikləri imtahan yerini (şəhərini) seçə bilərlər.